Lənkəran-Astara bölgəsi çaylarında sululuq artmışdır
Bakı, 12 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən noyabrın 12-də çaylarda sululuqla bağlı aparılmış araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-180, Kiçik Qafqazın çaylarında 50-100, Naxçıvan MR çaylarında 50 faizini təşkil etmişdir.
Noyabrın 11-i gün ərzində, 12-si gecə və səhərədək yağan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsi çaylarında sululuğun kəskin şəkildə artdığı müəyyən edilmişdir. Belə ki, Lənkərançay-Lənkəranda suyun səviyyəsində 76, Lənkərançay-Sifidorda 36, Vəşərüçay-Daştatükdə 73, Viləşçay-Şıxlarda isə 64 santimetr artım qeydə alınmışdır.
Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində artım müşahidə olunmuşdur.
Son üç gün ərzində Kür çayının aşağı axınında isə suyun səviyyəsi azalmışdır.
Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 367, Şirvanda 247, Salyanda 223, Bankədə 241, Araz çayının Novruzlu məntəqəsində isə 193 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]