LƏNKƏRAN-ASTARA ÇAYI XARİCİ BAZARA ÇIXACAQ
“Azərsun” şirkətlər qrupunun çay fabrikində Lənkəran-Astara çayından istehsal ediləcək yeni məhsul tezliklə xarici bazara çıxarılacaqdır.
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, İsveçrənin İMO Kontrol Marketinq İnistutu mütəxəssislərinin Lənkəran-Astara çayını beynəlxalq ekolojı sertifikata layiq görməsindən sonra mümkün olmuşdur. Məhz həmin sertifikat məhsulu xarici bazara çıxarmaq hüququ verir. Bu çayın dünya bazarına çıxması bölgənin sosial-iqtisadi inkişafında, sərmayələrin cəlb olunmasında mühüm rol oynayacaqdır.
Fabrik Lənkəran-Astara fermerləri ilə sıx əməkdaşlıq edir, çay plantasiyalarının bərpası üçün tədbirlər görür. Məqsəd Azərbaycan çayının şöhrətini qaytarmaq, istehlakçıları yüksək və əla keyfiyyətli çay məhsulu ilə təmin etməkdir. Əməkdaşlıq hər iki tərəf üçün sərfəlidir. Belə ki, son üç ildə fermerlərin təhvil verdiyi yaşıl çay yarpağının hər kiloqramının satınalma qiyməti 400 manatdan 1100 manata qalxmışdır. Fermerlər müntəzəm olaraq fabrikə dəvət edilir, onlara əməli kömək göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]
Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]