LƏNKƏRAN ƏHALİSİNİN QAZ TƏMİNATI YAXŞILAŞACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq, əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə 2005-2006-cı illərdə Lənkəranda 117 kilometr uzunluğunda qaz xətti yenidən çəkiləcəkdir. Bu isə rayonda 2 min 500 abonentin təbii qazla təmin edilməsinə imkan verəcəkdir.