LƏNKƏRAN GƏNCLƏRİ ARASINDA MAARİFLƏNDİRMƏ İŞİ APARILMIŞDIR
Noyabrın 30-da Lənkəran şəhərində keçirilən növbəti seminarda yod çatışmazlığının aradan qaldırılması ilə bağlı müzakirələr, rayon mərkəzində maarifləndirmə xarakterli yürüş təşkil olunmuş, vətəndaşlara buklet və kitabçalar paylanılmış, eyni zamanda, ərzaq mağazalarında yalnız yodlaşdırılmış duzun satışı ilə əlaqədar təbliğat aparılmışdır.
Xatırladaq ki, layihə əsasında bu il Şəki, İsmayıllı, Quba, Xaçmaz, Füzuli və Şərurda bu cür seminarlar keçirilmişdir.