Lənkəran təbii vilayəti çaylarının su ehtiyatlarına dair monoqrafiya nəşr olunub
Bakı, 10 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Ziyafət Ağayevin “Lənkəran təbii vilayəti çaylarının su ehtiyatları və səmərəli istifadəsi” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müxtəlif üsullardan istifadə etməklə Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran təbii vilayəti çaylarının axımın əmələgəlmə şəraiti, çoxillik tərəddüdləri təhlil edilib. Həmçinin antropogen amillər və müasir iqlim dəyişmələrinin regional təzahürləri nəzərə alınmaqla çayların su ehtiyatları və ekoloji axım kəmiyyətləri qiymətləndirilib, onlardan səmərəli istifadə yolları müəyyən olunub.
Monoqrafiya bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə yanaşı, müvafiq istiqamətdə təhsil alan doktorantlar, magistrantlar və bakalavrlar üçün də faydalı ola bilər.