Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Lənkəran, 27 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda 35 yaşlı kişinin üzərinə su çəni aşıb. O, aldığı xəsarətlərdən ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Nərimanabad qəsəbəsində baş verib. Qəsəbə sakini 1988-ci il təvəllüdlü Elvin Taryel oğlu Əliyev həyətində iş görərkən, ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb. E.Əliyev xəstəxanaya çatdırılanda, yolda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]