LƏNKƏRANDA AĞIR YOL-NƏQLİYYAT QƏZASI
AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun Girdəni kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Rövşən Sadıqov “QAZel” markalı mikroavtobusu idarə edərkən yol kənarında dayanmış, Havzva kənd sakini Mərhəmət Əliyevə məxsus “Belarus” markalı traktora vurmuşdur. Nəticədə mikroavtobusun sərnişinləri, Girdəni kənd sakini Zemfira Baxşıyeva, Viravul kənd sakini Rəhimə Məmmədova hadisə yerində ölmüş, xəsarət almış 4 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Faktla bağlı təhqiqat aparılır.