LƏNKƏRANDA BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ CİDDİ HAZIRLIQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da Lənkəran rayonunda 10 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcəkdir. Rayonda 48 bələdiyyə üzvü mandatı uğrunda 87 namizəd mübarizəyə qoşulmuşdur.
Seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək üçün rayonda lazımi şərait yaradılmışdır. Seçki məntəqələri təmir olunmuş binalarda yerləşdirilmiş, otaqlara elektrik və telefon xətləri çəkilmiş, namizədlərin təbliğat kampaniyası ilə bağlı seçicilərlə görüş yerləri müəyyən edilmişdir.