LƏNKƏRANDA BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏ İDMAN YARIŞLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində Beynəlxalq Əlillər günü münasibətilə idman yarışları keçirilmişdir. Tədbir Lənkəran Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və Cənub Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev respublikamızda əlillərə yüksək dövlət qayğısından danışmış, əlillərin və fiziki cəhətdən qüsurlu yeniyetmələrin cəmiyyətimizə inteqrasiyasında idmanın xüsusi rolunu vurğulamışdır.
Sonra yeniyetmələr futbol və “Şən startlar” oyunları üzrə məharətlərini göstərmişlər.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]