LƏNKƏRANDA CƏNUB REGİONAL BOKS MƏRKƏZİ FƏALİYYƏT GÖSTƏRƏCƏKDİR
Lənkəran, 6 avqust (AZƏRTAC). Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən İdman-Sağlamlıq Kompleksi təmir edilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov demişdir ki, 1986-cı ildə inşa edilmiş İdman-Sağlamlıq Mərkəzində təmir işləri başa çatdıqdan sonra Cənub Regional Boks Mərkəzi kimi fəaliyyət göstərəcəkdir.
Mərkəz ən müasir idman avadanlığı ilə təmin ediləcəkdir.
Hazırda mərkəzdə 300 nəfərdən artıq boksçu təlim məşqlərındə iştirak edir. Yeni Mərkəz fəaliyyətə başladıqdan sonra isə burada yaradılan şəraitdən cənub bölgəsinin boksçuları yararlana biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]