Lənkəranda “İşğaldan azad olunan abidələrimiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət müsabiqə keçirilir
Lənkəran, 17 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqların, yeniyetmələrin və gənclərin yay tətili zamanı asudə vaxtlarının səmərəli keçməsi məqsədilə “İşğaldan azad olunan abidələrimiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət müsabiqə keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Müsabiqənin qaydalarına əsasən, məktəblilər Qarabağın dağıdılmış tarix və mədəniyyət abidələrindən ibarət əl işləri təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyən məktəblilər 18-22 iyul tarixlərində əl işlərindən ibarət hazırladıqları işlərin fotolarını Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin [email protected] elektron ünvanına və ya 050-748-68-78 vatsap nömrəsinə göndərə bilərlər.
İştirakçılar əl işləri ilə yanaşı, özləri haqqında ətraflı məlumat (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi və əlaqə telefonu) təqdim etməlidirlər.