Lənkəranda “Qarabağ Azərbaycandır!” devizi ilə “Orduya dəstək kampaniyası”na start verilib
Lənkəran, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə lənkəranlı və qardaş Türkiyə Respublikasının gəncləri ilə birgə “Qarabağ Azərbaycandır!” devizi ilə “Orduya dəstək kampaniyası”na start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya iştirakçıları onlayn qaydada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Qarabağ Azərbaycandır!” sözlərini səsləndirərək Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, torpaqlarımızın Ermənistanın işğalından azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusuna dəstək olduqlarını bildiriblər.