Lənkəranda yaşıllaşdırma aylığı keçirilir
Lənkəran, 17 noyabr (AZƏRTAC). Noyabrın 15-dən dekabrın 15-dək Lənkəran rayonunda yaşıllaşdırma aylığı keçirilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 17-də aylıq çərçivəsində rayonda kütləvi ağacəkmə kampaniyası təşkil olunmuşdur.
Lənkəran və Liman şəhərlərində, rayonun bütün qəsəbə və kəndlərində, Bakı-Astara magistral yolunun Lənkəran ərazisi boyunca 1500 dəmirağacı, küknar, palma, Lənkəran akasiyası və s. dekorativ ağac növləri və gül kolları əkilmişdir.
Ağacəkmə kampaniyasında inzibati ərazi dairələrinin nümayəndəlikləri, yerli bələdiyyələr, idarə, müəssisə və təşkilatların işçiləri yaxından iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]