LƏNKƏRANDAKI ƏLİLLƏRİN REGİONAL BƏRPAMƏRKƏZİ İLK XƏSTƏLƏRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki əlillərin regional bərpa mərkəzi ilk xəstələrini qəbul etməyə başlamışdır. Hazırda burada 11 nəfər stasionar şöbədə müalicə olunur. Xəstələr yemək və lazımi dərman preparatları ilə təmin olunur.
Yeni tibb müəssisəsinin xidmətindən təkcə lənkəranlılar deyil, qonşu Astara, Lerik, Masallı, Cəlilabad və Biləsuvar əhalisi də istifadə edir.
2007-ci ildə tibb ocağında əlavə şöbələrin açılması, yeni müayinə üsullarından istifadə edilməsi və 14 çarpayılıq stasionar şöbəsinin genişləndirilməsi nəzərdə tutulur.
Mərkəzdə 35 nəfər daimi işlə təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]