Lənkəranlı alimin məqaləsi Qazaxıstanın nüfuzlu jurnalında dərc olunub
Lənkəran, 22 aprel, Bağır Əliyev, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmləri doktoru, professor Fərman Quliyevin və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun doktorantı Lalə Hüseynovanın müəllifi olduğu "Влияние отдельных агротехнических мероприятий на поражённость растений граната фомозом или раком ветвей в условиях гянджа-казахской географической зоны" məqaləsi Qazaxıstanın Nursultan şəhərində nəşr olunan nüfuzlu "XII глобальная наука и инновации 2021: Центральнаяазия международный научно-практический журнал"ında dərc edilib.
Məqalədə Azərbaycanın qərb bölgəsində becərilən nar bitkisinin xəstəliklərinin növ tərkibi, başlıca xəstəliklərin yayılması, xüsusən də geniş yayılmış fomoz və budaq xərçəngi haqqında məlumat verilir.
Tədqiqatın məqsədi narın fomoz və ya budaq xərçəngindən qorunması üçün təsirli bir ekoloji tarazlıq sisteminin inkişaf etdirilməsi, nar kollarının mikobiotası, ən çox yayılmış zərərli mikozları, mikozların bioloji xüsusiyyətləri, bəzi göbələk xəstəliklərinin, o cümlədən xərçəngin geniş yayılmasına səbəb olan ətraf mühitin əsas amillərini öyrənməklə nar xəstəliklərinin əsas patogenləri ilə mübarizə tədbirlərini hazırlayıb, tövsiyə olunanların səmərəliliyini müəyyən etməkdir.