Lənkəranlı gənclər "Bir-birimizi qoruyaq" aksiyasına qoşulublar⠀
Lənkəran, 5 avqust, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının koronavirus pandemiyası ilə mübarizə məqsədilə həyata keçirdiyi "Bir-birimizi qoruyaq" kampaniyasına lənkəranlı gənclər də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Lənkəranın gənc könüllüləri şəhər ərazisində koronavirus infeksiyası ilə mübarizə məqsədilə sakinlərlə maarifləndirmə söhbətləri aparıb, onlara tibbi maskalar və əlcəklər paylayıblar.
Gənc könüllülər tərəfindən, həmçinin aksiya çərçivəsində əhalinin daha çox toplaşdığı ərazilərdə və ictimai yerlərdə sosial məsafənin qorunması məqsədilə stikerlər yapışdırılıb, sakinlərə pandemiya ilə bağlı məlumatlar paylanılıb.