LEONİD KUÇMA PREZİDENT SEÇKİLƏRİNİN ÜÇÜNCÜ TURUNUN KEÇİRİLMƏSİNİN ƏLEYHİNƏDİR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, bunu o, dekabrın 1-də cari iqtisadi vəziyyət məsələlərinə dair müşavirədə bildirmişdir. L.Kuçma xatırlatmışdır ki, dünyada hələ seçkilərin üçüncü turu olmayıbdır. Onun fikrincə, yenidən səsvermə keçirilməsi tələbi Konstitusiyaya ziddir və ona qətiyyən razılıq verməyəcəkdir. Dövlət başçısı bildirmişdir ki, onun fikri ilə Baş nazir Viktor Yanukoviç də tam razıdır. L.Kuçma böhranlı vəziyyətdən çıxış yolunu təkrar seçkilər keçirilməsində görür. O, bütün tərəfləri ölçülüb-biçilmiş mövqe tutmağa çağırmış və müxalifətə onunla ultimatum dili ilə danışmamağı məsləhət görmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]