LERİKİN ÇAYRUD KƏNDİNDƏ ELEKTRON TİPLİ YENİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
Yeni ATS-ın xidmətindən rayonun Mistan, Çayrud və Rvarud ərazisində yerləşən kəndlərin əhalisi istifadə edəcəkdir.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Füzuli Hacıyev Prezident İlham Əliyevin cənub bölgəsinə axırıncı səfəri zamanı Lerikə gəlişindən sonra rayonda quruculuq işlərinin geniş vüsət aldığını bildirmişdir.
Toplantıda çıxış edənlər kənd əhalisinin güzəranının yaxşılaşmasına göstərdiyi diqqət və qayğıya görə ölkəmizin başçısına minnətdarlıqlarını bildirmişlər.