Levan Davitaşvili: Anakliya limanının tikintisi ilə bağlı ilkin qiymətləndirmə yaxın vaxtlarda başa çatacaq
Tbilisi, 12 sentyabr, AZƏRTAC
Avropanın və Asiyanın aparıcı dövlətlərinin iri şirkətləri, həmçinin bizə qonşu ölkələr dərin özüllü Anakliya limanının tikintisində iştirak etməkdə maraqlıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, iqtisdiyyat naziri Levan Davitaşvili söyləyib.
Onun sözlərinə görə, Anakliya limanı iqtisadi baxımdan Gürcüstan üçün çox mühüm əhəmiyyət kəsb edir: “Bu gün regionun, eləcə də Şərqlə Qərb arasında əlaqələrin inkişafı üçün bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin reallaşmasını sürətləndirmək, ticarət dövriyyəsini artırmaq üçün Qara dənizin Gürcüstan hissəsində dərin özüllü Anakliya limanının tikintisi vacibdir. Eyni zamanda, bu liman “Orta dəhliz” layihəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bir sıra dövlətlər və nüfuzlu beynəlxalq şirkətlər, o cümlədən qonşu ölkələr bu layihənin tikintisində iştirak etmək niyyətində olduqlarını bildiriblər”.
Nazir deyib ki, limanın tikitisi ilə bağlı qiymətləndirmənin birinci mərhələsi sentyabrın sonu, oktyabrın əvvəllərində başa çatacaq. Bundan sonra isə texniki şərtlər müəyyən ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]