“Linkoln”un baş məşqçisi: "Qarabağ" böyük komandadır
Bakı, 30 iyul, AZƏRTAC
"Çox çətin oyun oldu. Hansı komanda ilə qarşılaşdığımızı bildirdik. "Qarabağ" həddindən artıq güclü idi. Sonadək döyüşdük, lakin alınmadı".
AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavyer Munyos UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Qarabağ"ın böyük komanda olduğunu bildirib: "Heyətləri çox güclüdür. Əla baş məşqçiləri var. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa əsas namizədlərdəndir. Qarşıdakı oyunlar var. Ağdam təmsilçisinə uğurlar arzulayıram".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]