Litva miqrantların yalnız bir hissəsini qəbul etməyə razılıq verib
Bakı, 27 noyabr, AZƏRTAC
Litva Seymi (parlamenti) Avropa İttifaqının Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni miqrantların yalnız bir hissəsini qəbul etməyə razılıq verib. Vilnüs miqrantların qalan hissəsinə görə Brüsselə pul ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Litva Seyminin Avropa məsələləri üzrə komitəsinin sədri Rasa Budberqite jurnalistlərlə görüşündə deyib. “Biz qarışıq variant seçməyə razılaşdıq: miqrantların bir qisminə görə pul ödəyəcəyik, digər qismini isə qəbul edəcəyik”, - deyə Rasa Budberqite bildirib.
Onun sözlərinə görə, Litvanın özünə dəstək lazımdır və o, milyonları küçəyə atmaq niyyətində deyil. “Biz Avropa İttifaqının şərq sərhədindəyik, özümüzün maliyyə resursları tələb edən aktual problemlərimiz var”, - deyə komitə sədri əlavə edib.
Bu qərar parlamentin Avropa işləri, xarici siyasət, sosial məsələlər, əmək və insan hüquqları komitələri tərəfindən də dəstəklənib.
Qeyd edək ki, Avropa İttifaqının Miqrasiya Paktına əsasən, üzv dövlətlər Afrikadan ittifaqın cənub ölkələrinə daxil olan qanunsuz miqrantların bir hissəsini qəbul etməli və ya bunun üçün müəyyən vəsait ödəməlidir. Pakt çərçivəsində Litvanın payına 158 miqrant və ya 3,16 milyon avro düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]