Litvada keçirilən futzal üzrə dünya çempionatının finalçıları müəyyənləşib
Bakı, 2 oktyabr, AZƏRTAC
Litvada keçirilən futzal üzrə dünya çempionatının finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Portuqaliya millisi tarixində ilk dəfə həlledici oyuna vəsiqə əldə edib.
Portuqaliya millisi yarımfinalda Qazaxıstan yığması ilə üz-üzə gəlib. Görüşdə ilk qol ikinci hissədə vurulub. Pani Varela portuqaliyalı azarkeşləri sevindirib. Amma oyunun sonunda Dauren Nurqozin tarazlığı bərpa edib - 1:1. Əsas vaxt bu hesabla yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac yaranıb. Burda da tərəflər hərəyə 1 qol vurublar. Əvvəlcə Qazaxıstan millisinin heyətində Duqlas Junior, ardınca isə portuqaliyalı Bruno Koelho fərqlənib - 2:2. Yarımfinalın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan Portuqaliya millisi tarixində ilk dəfə finala yüksəlib.
Həlledici görüşdə komanda hazırkı çempion Argentina yığması ilə üz-üzə gələcək. Qazaxıstan kollektivi isə bürünc medal uğrunda görüşdə Braziliya millisi ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]