LİVANDA “ƏRƏB DÜNYASININ GÖZƏLİ” MÜSABİQƏSİ KEÇİRİLƏCƏK
İlk mərhələdə Şərqin birinci gözəli adına namizədlər xüsusi ərizə yazıb, özləri, təhsil və məşğuliyyəti haqqında məlumat verməlidirlər. Namizədlər müsabiqədə iştirak etmələrinin səbəbini də açıqlamalıdırlar.
Müsabiqənin təşkilatçıları iştirakçılara xəbərdarlıq edirlər ki, onlar öz ölkəsini səkkiz həftəliyə tərk etməli olacaqlar. Çox güman ki, müsabiqə bu cür tədbirlər keçirilməsində müəyyən təcrübəsi olan Livanda keçiriləcəkdir. Məsələn, “Avropa gözəli” müsabiqələri burada dəfələrlə təşkil edilmişdir.
Lakin bəzi şəkkakların fikrincə, ərəb gözəllik müsabiqəsi uğur qazanmayacaqdır, çünki bir çox ərəb ölkələrinin müsəlman qanunları qızlara öz gözəlliyini nümayiş etdirməyə icazə vermir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]