“Liverpul” bu mövsüm əzmkar qələbələrin sayına görə İngiltərənin ən yaxşısıdır
Bakı, 11 yanvar, AZƏRTAC
İngiltərənin “Liverpul” klubu bu mövsüm maraqlı statistika ilə diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, Mersisayd təmsilçisi ölkədaxili turnirlərdə hesabda geriyə düşdüyü 7 matçın hamısında qalib gəlib. “Qırmızılar” bu göstərici üzrə hazırda İngiltərənin ən yaxşı komandasıdır.
“Liverpul” son olaraq ötən gün Liqa Kubokunun yarımfinal mərhələsinin “Fulhem”lə ilk matçında bu cür qalibiyyət əldə edib. Ev oyununda hesabı qonaqlar açsalar da, meydan sahibləri sonradan iki qol vuraraq əzmkar qələbə qazanıblar.
Komandalar arasında cavab qarşılaşması yanvarın 24-də keçiriləcək.
Qeyd edək ki, “Liverpul” Premyer Liqada 20 turdan sonra 45 xalla turnir cədvəlinə başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]