Liviya 700-dən çox miqrantı Nigerə və Misirə deportasiya edib
Bakı, 26 iyul, AZƏRTAC
Liviyanın Qeyri-qanuni Miqrasiyaya Nəzarət Departamenti 700-dən çox qeyri-qanuni miqrantı öz ölkələrinə - Niger və Misirə deportasiya edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə departamentin təhlükəsizlik məsələləri bölməsi açıqlama yayıb. Bildirilib ki, Liviyadan miqrantların deportasiyası davam edəcək.
Xatırladaq ki, ölkənin daxili işlər naziri Emad əl-Tarabelsinin iyulun əvvəlində yaydığı məlumata görə, Liviyada olan xarici vətəndaşların sayı 2,5 milyondur və onların əksəriyyəti Liviya sərhədlərini giriş vizası olmadan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]