LİVİYA VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI DİPLOMATİK MÜNASİBƏTLƏRİ BƏRPA EDİRLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Liviyanın Səudiyyə Ərəbistanındakı səfiri Ər-Riyada qayıdaraq, vəzifəsinin icrasına başlamışdır. Bu, Krallığın o vaxtkı vəliəhdi, hazırkı kral Abdullah bin Əbdüləziz Al-Səudun qətlə yetirilməsi planına guya Liviya tərəfinin aidiyyəti olması ilə əlaqədar bu ölkələr arasında münasibətlərin pozulmasından təqribən bir il sonra baş vermişdir.
Ər-Riyaddakı Liviya diplomatik nümayəndəliyinin məlumatına görə, Səudiyyə səfiri də yaxın günlərdə Tripoliyə qayıdacaqdır. Bu, Misir Prezidenti Hüsni Mübarəkin vasitəçiliyi ilə son bir neçə həftə ərzində aparılmış danışıqlar sayəsində mümkün olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]