LİVİYADA NÜMAYİŞÇİLƏR İTALİYA KONSULLUĞUNUN ƏRAZİSİNƏ DAXİL OLMUŞLAR
Benqazidə yeni iğtişaşlar polis fevralın 19-da İtaliya konsulluğunun qarşısındakı nümayişi dağıdarkən həlak olan liviyalıların dəfni zamanı başlanmışdır. Xatırladaq ki, nümayişçilər Məhəmməd Peyğəmbərə karikaturalara və bu karikaturalardan birinin təsviri olan mayka geyib televiziya ilə nümayiş etdirən İtaliya naziri Roberto Kardelorinin davranışına etirazlarını bildirirdilər.
İtaliya konsulluğu qarşısında həlak olan 11 nümayişçinin dəfni yeni etiraz dalğası doğurmuşdur. Nümayişçilər diplomatik nümayəndəliyin yaxınlığında keçirilən mərasim zamanı konsulluğun ərazisinə daxil olmuşlar. İtaliya diplomatlarının fikrincə, Liviya polisi qan tökülməsinə yol verməmək üçün zorakılıqdan çəkinməyə çalışır.
İtaliyanın Benqazidəki konsulu Liviya hökumətinin iqamətgahında polisin mühafizəsi altındadır, konsulluğun digər əməkdaşları Tripoliyə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]