Lokarnoda keçirilən kinofestivala ilk dəfə qadın rəhbərlik edəcək
Bakı, 27 iyul, AZƏRTAC
LUMA Fondunun təsisçisi və direktoru Maya Hoffman Lokarno Kinofestivalının prezidenti olub. O, festivalın bütün 77 illik tarixində bu vəzifədə çalışan ilk qadındır. Maya Hoffmanın təyinatı ilə bağlı məlumat beynəlxalq baxış saytında yer alıb.
AZƏRTAC xəbər verir ki, festivalın Direktorlar Şurası Hoffmanın namizədliyini yekdilliklə dəstəkləyib. Bundan əvvəl prezident postunu Marko Solari tutub. O, 20 il film festivalına rəhbərlik edib.
Maya Hoffman sənət kolleksiyaçısı, xeyriyyəçi, sənədli film prodüsseri, impresario və iş qadını kimi tanınır. Onun yaratdığı LUMA Fondu müasir rəssamlara dəstək göstərir.
Lokarno Beynəlxalq Film Festivalı İsveçrədə keçirilir. O, Kann, Venesiya və Berlin festivallarından sonra Avropanın dördüncü ən mötəbər kinofestivalı hesab olunur. Bu il festival avqustun 2-dən 12-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]