“LOKOMOTİV” KLUBUNUN DÖRD GÜLƏŞÇİSİ BEYNƏLXALQ TURNİRİN QIZIL MEDALLARINI QAZANMIŞDIR
Qazaxıstan, Ukrayna, Belarus və Rusiyadan 11 komandanın 350-dən çox idmançısının mübarizə apardığı yarışlarda Azərbaycanı “Lokomotiv” idman klubunun 8 yetirməsi təmsil etmişdir. Üç gün davam edən turnirdə SSRİ idman ustası, məşqçi Mürsəl Qafarovun rəhbərlik etdiyi komandanın altı üzvü mükafatçılar sırasında yer almışdır.
Yeniyetmələrin mübarizəsində Fərhad Aydınlı (38 kq) və Orxan Əhmədov (50 kq), gənclər arasında isə Murad Hüseynov (60 kq) və Rəşad Əhmədov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Digər iki yeniyetmə pəhləvanımız – Fərid Ağaverdiyev (60 kq) və Zaur İslamzadə (70 kq) isə bürünc medal qazanmışlar. Komandamız ümumi hesabda ikinci yer tutmuşdur.
Xatırladaq ki, “Lokomotiv” İK-nın pəhləvanları sentyabrda Rusiyanın Voronej şəhərində keçirilmiş beynəlxalq yarışdan da Vətənə 2 qızıl, 3 gümüş və 2 bürünc medal gətirmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]