Azərbaycan Dövlət İnformasiya Agentliyi

London-müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı şəhər

Bakı, 15 may (AZƏRTAC). London - qədimlik və müasirliyin birləşdiyi yer, İngiltərənin paytaxtı, dünyanın ən böyük və ən gözəl şəhərlərindən biri.

Uşaqlıqdan görmək arzusunda olduğum bu şəhərə səyahət etmək mənə “British Council”, “PAŞA Bank” və Tomson Fondunun birgə həyata keçirdikləri “Biznes Jurnalistika” layihəsi çərçivəsində nəhayət ki, nəsib oldu. Hamının görmək arzusunda olduğu bu şəhərə Azərbaycanda fəaliyyət göstərən müxtəlif KİV-ləri təmsil edən həmkarlarımla gəlmək, əlbəttə, başqa bir aləm idi. Bu şəhərdə keçirdiyim günlər bəlkə də bütün ömrüm boyu yaddaşımdan silinməyəcəkdir...

Beş saatlıq uçuşdan sonra Londona gecə saat 11-də çatdıq. Gecə olmasına və yorğunluğumuza baxmayaraq bu şəhərlə tanışlıq üçün tələsirdik. Oteldə yerləşənə qədər bir az vaxt itirsək də şəhərlə ilk tanışlığımız alındı.

Səhər tezdən Tomson Fonduna üz tutduq. Bəxtimiz gətirmişdi, çünki həmişə tutqun və yağışlı London bizi mehribanlıqla qarşılayırdı. London səmasında az-az görünən günəş sanki bizim gəlişimiz şərəfinə həmin gün ətrafa şəfəq saçırdı.

Nəhayət, bizim bu ecazkar şəhərə gəlişimizin, necə deyərlər, səbəbkarı olan treninq başlandı. Sevimli məşqçimiz Dan Mason bizə sosial şəbəkələrlə bağlı növbəti maraqlı mövzuları izah etdi. O, məşğələləri elə təşkil etməyə çalışırdı ki, biz həm öyrənək, həm də onun doğma şəhəri ilə yaxından tanış olaq.

Londonun müxtəlif yerlərində fotoşəkil çəkmək tapşırığı olduqca maraqlı və əyləncəli keçdi. Bu şəhərin gözəlliklərini fotokameranın yaddaşına köçürdükcə bir daha anlayırdıq ki, qədim Londonda hər şey orijinallığını qoruyub saxlamışdır. Elə adından göründüyü kimi, London sözü latın mənşəli olub, “Lond” sözündən götürülmüşdür ki, bu da “Xam (əl dəyməmiş) yer” mənasını verir.

Dumanlı Albiona səfərimizin davam etdiyi bir həftə ərzində müxtəlif görüşlərimiz oldu. “London Metal Exchange”, “The Guardian”, “Financial Times” qəzetləri, London Fond Birjası, Britaniya Parlamentinin Lordlar Palatası, Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi, Avropa Yenidənqurma və İnkişaf Bankında keçirilmiş görüşlər, Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin əməkdaşları ilə şam yeməyi yaddaqalan məqamlarla zəngin oldu.

Bəs uşaqlıqdan görmək arzusunda olduğum London bu bir həftədə mənim yaddaşımda necə qaldı? Londonu həmişə dünyanın ən bahalı şəhərləri siyahısında görmüşəm. Bura alver həvəskarlarına mükəmməl alternativlər təklif edir. “Oxford Street”, “Kensington”, “Bond Street” dünya tərəfindən məşhur markaları tapa biləcəyiniz yerlərdir. Lakin alış-verişi ən geci saat 19-dək etmək lazımdır. Çünki burada mağazalar çox erkən bağlanır və hamı öz istirahətinə vaxt ayırır.

London həm müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı, həm də mədəniyyət ocaqlarının və tarixi abidələrin sayına görə, bəlkə də dünyada ən zəngin şəhərdir. Paytaxtın mərkəzində çoxsaylı qədim memarlıq nümunələri və tarixi abidələr toplanmışdır. Burada XVII-XVIII əsrlərdə tikilmiş kilsələrə də rast gəlmək olar.

Londonda mənim ən çox gəzdiyim yer qaldığımız otelin yanında yerləşən Trafalqar meydanı oldu. Əvvəllər elə düşünürdüm ki, bu meydan çox böyükdür. Ərazisi az da olsa ingilislər üçün böyük məna kəsb edən meydanda admiral Nelsonun şərəfinə abidə ucaldılmışdır. Milli Şəkil Qalereyası və Britaniya Admirallığı onun yaxınlığında yerləşir.

Londona gələn xarici turistləri daha çox maraqlandıran İngiltərə Krallığının iqamətgahı olan Bukingem Sarayı və Parlament Meydanındakı paytaxtın simvolu sayılan Biq-Ben qülləsi, 135 metr yüksəklikdə, Avropada ən yüksək fırlanan əyləncə çarxı (London Eye), Viktoriya və Albert Muzeyi, Madam Tüsso Muzeyi, Britaniya Muzeyi, Parlament binası, London Qülləsi və s. İkimərtəbəli Rutmaster tipli avtobuslar və köhnə dizaynlı qara rəngli taksilər dünyada Londonun simvolu kimi tanınır. Hayd Park, Green Parkda dincəlmək ingilislərin və xarici turistlərin ən sevimli peşəsidir.

Londonlular öz ənənələrinə çox hörmət və ehtiramla yanaşırlar. Burada insanlar çox səmimidirlər və ən çox işlətdikləri söz isə “sorry” yəni “bağışla” sözüdür, fərqi yoxdur günah səndədir yoxsa onda. Tərəflər mütləq bir-birini “bağışla” sözünə “qonaq” etməlidirlər.

Londonda avtobus dayanacağında, marketdə, mağazada, metroda, ümumiyyətlə, insanların sıx olduğu hər yerdə mütləq növbədə dayanmalısan. Əks halda insanların qəzəbli baxışlarına tuş gələ bilərsən.

Londonda olduğumuz bir həftə ərzində gözümüzə bircə dəfə də olsun polis dəymədi. Təəccübümüzü gizlədə bilmədik və soruşanda məlum oldu ki, şəhərdə hər şey kameraların nəzarəti altındadır.

Axşam saat 8-9-dan sonra küçədə çox insan görmək mümkün deyil. Qaranlıq düşəndə ciddi şəhərdən əsər-əlamət qalmır. İnsanların bir qismi publarda, klublarda əylənir, bir qismi isə axşamdan yatır.

İlk baxışdan bizi italyanlara bənzətsələr də, azərbaycanlı olduğumuzu biləndə, bəli, biz sizin ölkənizi tanıyırıq, sizin zəngin mədəniyyətiniz vardır. “Eurovision-2012” musiqi yarışmasının belə yüksək səviyyədə keçirilməsi Avropanı heyrətə saldı sözləri ilə rastlaşırdıq. Əlbəttə, yad bir ölkədə əcnəbilərin sənin ölkən haqqında xoş sözlər söyləməsindən gözəl heç nə ola bilməz. Buradakı “Bakı” kafesində armudu stəkanda çay içməyimiz, milli musiqimizi dinləməyimiz isə təsvir olunmaz dərəcədə gözəl idi.

Belə bir inanc var: əgər siz İngiltərədə qonaqsınızsa Temza çayına mütləq bir qəpik pul atın. Bu o deməkdir ki, Londona bir daha qayıdacaqsınız. Mən də bu ənənəyə sadiq qaldım...

Aidə Quluzadə

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft bahalaşıb

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ