Londonda Azərbaycanın aşıq və muğam musiqisi barədə məlumat verilib
London, 8 mart, AZƏRTAC
London Universitet Kollecinin Azərbaycan Cəmiyyəti tərəfindən Azərbaycan musiqisinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənc bəstəkar və “Qarabağ” futbol klubunun rəsmi himninin müəllifi Rüzgar Əhmədzadə çıxış edib. Tədbirdə Azərbaycanın aşıq və muğam musiqisi barədə məlumat verilib, bu janrlardan nümunələr dinlənilib. Həmçinin, Üzeyir
Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolu barədə danışılıb.
Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin tanıdılmasının əhəmiyyəti vurğulanıb və bu kimi görüşlərin tələbələr arasında mədəni dialoqun inkişafına töhfə verdiyi bildirilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [18:27]
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!
- 26.05.2026 [18:20]
“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb
- 26.05.2026 [18:12]
Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi
- 26.05.2026 [17:40]
“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır
- 26.05.2026 [17:31]
“Ulduz” jurnalının yeni nömrəsində...
- 26.05.2026 [16:40]
“Qara-Ağ” filmi beynəlxalq festivalın rəsmi proqramında
- 26.05.2026 [16:39]