SİYASƏT
Londonda nəşr edilən jurnallarda Azərbaycanın Böyük Britaniyadakı səfiri haqqında məqalələr dərc olunub
Məqalələrdə Azərbaycan səfirinin həyatından bəhs olunur, diplomatik karyerası təsvir edilir. Bundan əvvəlki vəzifəsində gördüyü işlərdən və qazandığı nailiyyətlərdən söz açılır.
Daha sonra T.Tağızadənin sözlərinə istinadla Azərbaycan-Britaniya münasibətlərinin bundan sonrakı mərhələdə inkişafından danışılır. Ölkələrimiz arasında insani münasibətlərin diqqət mərkəzində qalacağını bildirən səfir, Azərbaycanın son illərdəki sürətli inkişafına toxunur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək işğal altındakı torpaqlarımızın geri qaytarılmasının dövlətimizin xarici siyasətində prioritet olduğunu bildirir.
Bundan başqa, diplomat beynəlxalq qurumları münaqişələrə daha ciddi yanaşmağa səsləyib. Diqqətə çatdırılıb ki, 20 ildən artıqdır torpaqlarımızı işğal edənlərin layiqli cəzalarını almalarının vaxtı çatıb.
T.Tağızadə Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolundan bəhs edib. Gələn il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətinə diqqəti cəlb edən səfir britaniyalıları da Azərbaycanı ziyarətə, möhtəşəm idman tədbirində iştiraka dəvət edib.
Məqalələrin tam mətnlərini aşağıdakı keçidlərdən oxumaq mümkündür:
http://azembassy.org.uk/index.php/mainnewsmenu/106-profile-of-ambassador-taghizade-by-embassy-magazine
http://www.diplomatmagazine.com/heads-of-mission/3332-azerbaijan.html
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London