Londonun bəzi bələdiyyələri kiberhücuma məruz qalıb
London, 26 noyabr, AZƏRTAC
Londonun Kensinqton və Çelsi, Hammersmit və Fulham, həmçinin Vestminster bələdiyyəsi kiberhücuma məruz qalıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bələdiyyələrin birgə açıqlamasında bildirilir: “Bazar ertəsi səhərindən etibarən kibertəhlükəsizlik insidenti səbəbindən təcili tədbirlər görülür və vəziyyətə xüsusi kiberinsident mütəxəssisləri, eləcə də Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən reaksiya verilir. Prioritet sistemlərin və məlumatların qorunması, xidmətlərin bərpası və kritik ictimai xidmətlərin fasiləsiz davam etdirilməsidir”.
Kensinqton və Çelsi bələdiyyəsinin sözçüsü bildirib ki, hazırda məlumatların sızdırılıb-sızdırılmadığı və hücumun arxasında kimin dayandığı barədə danışmaq üçün hələ çox tezdir. Hadisə ilə bağlı araşdırma başladılıb və riskləri azaltmaq üçün bir sıra tədbirlər həyata keçirilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]