Lorenzo Sotomayor: Ermənistanlı boksçu ilə qarşılaşmaya ciddi hazırlaşmışdım
Minsk, 22 iyun, AZƏRTAC
Ermənistanlı rəqibimin oyunlarını yaxşı təhlil etmişdik və qarşılaşmaya ciddi hazırlaşmışdım.
Bu fikri ikinci Avropa Oyunlarında ermənistanlı boksçu üzərində inamlı qələbə qazanan Azərbaycan idmançısı Lorenzo Sotomayor AZƏRTAC-a açıqlamasında deyib.
Boksçu bildirib: “İlk qarşılaşmalar həmişə gərgin keçir. Ancaq buna baxmayaraq, ermənistanlı rəqib üzərində böyük hesabla qalib gəldim”.
“Bakı 2015”in qalibi olan L.Sotomayor ikinci Avropa Oyunlarında da medal qazanmağı qarşısına məqsəd qoyduğunu bildirib: “Hazırda yaxşı formadayam. Məqsədim çıxışlarımı uğurla başa vurmaqdır”.
Xatırladaq ki, ikinci Avropa Oyunlarının boks yarışlarında 69 kiloqram çəki dərəcəsində mübarizə aparan L.Sotomayor onaltıdabir finalda Ermənistan təmsilçisi Qurqen Madoyana heç bir şans verməyərək inamlı qələbə qazanıb - 5:0. Boksçumuz səkkizdəbir finalda Bosniya və Herseqovina təmsilçisi Adem Fetahoviç ilə qarşılaşacaq. Həmin döyüş iyunun 24-də baş tutacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]