“Los-Anceles Leykers” 17-ci dəfə MBA çempionu olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında “Los-Anceles Leykers” komandası pley-off mərhələsinin 6-cı oyununda “Mayami”ni 106:93 hesabla məğlub edib. Final yarışını 4:2 hesablı qələbə ilə başa vuran “Lakers” mövsümün qalibi olub.
AZƏRTAC xəbər verir ki, bu, “Leykers”in 17-ci MBA çempionluğudur. Qələbənin sayına görə, klub rekordçu - “Boston”a çatıb. Eyni zamanda, "Leykers" son 10 ildə ilk dəfə finalda oynayıb.
“Mayami” isə tarixdə altıncı dəfə və 2014-cü ildən bəri ilk dəfə finalda mübarizə aparıb. Komanda 3 dəfə (2006, 2012, 2013) çempion olub.
“Leykers”in hücumçusu Ceyms Lebron karyerası ərzində dördüncü dəfə final seriyasının ən qiymətli oyunçusu seçilib. Bununla da, C.Lebron MBA-nın pley-off çərçivəsində 260-cı oyununu keçirib. Bu göstəriciyə görə, o, tarixdə Derek Fişeri qabaqlayaraq birinci yerə çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]