“LOTOS” BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRƏCƏK
Beynəlxalq əlillər gününün keçirilməsi barədə qərar 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisinin ümumi iclasında qəbul olunmuşdur. Bu, beynəlxalq birliyin əlillərin öz hüquqlarından tam və ən başlıcası bərabər faydalanmasına, onların cəmiyyətin həyatında fəal iştirak etməsinə çalışdığını təsdiqləyən sənəddir.
“LOTOS” Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə əlil gənclərin qarşılaşdıqları işlə təminatı, sağlamlıq və asudə vaxtın səmərəli təşkili ilə bağlı problemlər müzakirə olunacaqdır.
Tədbir “Natəvan” biznes mərkəzinin “Lady-Q” restoranında keçiriləcəkdir.