“Ludoqorets”in futbolçusu: “Qarabağ” bizə ilk 20 dəqiqədə çətinliklər yaratdı
Bakı, 7 avqust, AZƏRTAC
Yaxşı komandaya qarşı oynadıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bolqarıstanın “Ludoqorets” komandasının futbolçusu Olivye Verdon UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
İyirmi doqquz yaşlı mərkəz müdafiəçisi oyunun özləri üçün çətin keçdiyini bildirib: “Qarabağ” bizə ilk 20 dəqiqədə çətinliklər yaratdı. Çünki rəqib topla çox yaxşı oynamağı bacarır. Lakin daha sonra toparlandıq və iki qol vuraraq qələbə qazandıq. Bizi Bolqarıstanda çox ağır görüş gözləyir. Üstün tərəf olsaq da, hələ heç nə bitməyib”.
O.Verdon əzmkarlıq sayəsində qələbə qazandıqlarını söyləyib: “Komanda şəklində döyüşdük. “Qarabağ” bərabərlik qolunu vurmaq üçün son dəqiqələrdə təzyiqi artırmışdı. Doğma meydanda daha yaxşı şanslarımızın olacağını düşünürəm”.
Qeyd edək ki, “Qarabağ” “Ludoqorets”lə cavab oyununu avqustun 13-də səfərdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]