Lüksemburqun Baş naziri koronavirusa yoluxub
Lüksemburq, 28 iyun, AZƏRTAC
Lüksemburqun Baş naziri Ksavye Bettel (Xavier Bettel) koronavirusa yoluxub və 10 gün karantin rejiminə riayət edəcək.
AZƏRTAC xəbər verir ki, mayın 6-da AstraZeneca peyvəndinin 1-ci dozası vurulmuş Ksavye Betteldə yüngül simptomların - temperatur və baş ağrıları olduğu deyilir. Karantin rejimində olan Baş nazirin öz funksiyasını distant olaraq yerinə yetirdiyi diqqətə çatdırılıb.
K. Bettel iyunun 24 və 25-də Brüsseldə Avropa İttifaqının 26 ölkəsinin rəhbərlərinin iştirakı ilə keçirilən Avropa sammitində iştirak edib. Ancaq görüşdüyü 26 rəhbərdən heç biri virusla təmasda olmuş hesab edilmir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]