Macarıstandakı diaspor fəalı həmvətənlərini səsvermədə iştirak etməyə çağırıb
Budapeşt, 7 fevral, AZƏRTAC
Macarıstanda yaşayan soydaşımız, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının sədri Ramil Şükürov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, hazırkı prezident seçkiləri onun iştirak etdiyi birinci səsvermədir. Onun sözlərinə görə, bu hadisə həm də onunla əlamətdardır ki, prezident seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilir.
Diaspor fəalı deyib: “Növbədənkənar prezident seçkilərini haqlı olaraq xüsusi əhəmiyyətə malik Qələbə seçkiləri adlandırmaq olar. Bu səbəbdən çox həyəcanlıyam”.
Ramil Şükürov hələ də səsvermədə iştirak etməyən diaspor nümayəndələrini səfirliyə gələrək öz seçimlərini etməyə çağırıb.
Xatırladaq ki, Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış seçki məntəqəsində yerli vaxtla saat 08:00-dan növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt