SİYASƏT
Macarıstanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri İmre Laslotski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir İmre Laslotski etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Səfir Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyib. O, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov İmre Laslotskiyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.