Maka Boçorişvili: Gürcüstan regionda sülhün hökm sürməsi üçün əlindən gələni etməyə hazırdır
Tbilisi, 30 yanvar, AZƏRTAC
Gürcüstan regionda sülhün, sabitliyin və firavanlığın hökm sürməsi üçün əlindən gələni etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 30-da İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Nazir ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hər iki tərəf üçün məqbul olacaq və bölgədə uzunmüddətli sabitliyə töhfə verəcək. O əlavə edib ki, Gürcüstan öz növbəsində bu istiqamətdə qonşu ölkələrlə əməkdaşlığa hazırdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]