Malayziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 12 aprel, AZƏRTAC
Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Datuk Seri Ronald Kiandee aprelin 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarının üzərinə güllər qoyub, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən malayziyalı qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.