MALDİV ADALARINDA GƏMİ QƏZASINDA FUTBOL AZARKEŞLƏRİ HƏLAK OLMUŞLAR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Hind okeanında - Maldiv adalarının yaxınlığında gəminin qəzaya uğraması nəticəsində azı 17 adam həlak olmuş, 50 nəfər itkin düşmüşdür. 100 nəfərə yaxın sərnişin isə xilas ola bilmişdir.
Bərə qonşu adada sevimli komandanın iştirak etdiyi futbol yarışından qayıdan azarkeşləri gətirirdi.
Martın 17-də axşam saatlarında batan bərənin axtarışına ertəsi günün səhəri başlanılmışdır.