Malidə silahlıların hücumu nəticəsində 11 hərbçi həlak olub
Bakı, 17 mart, AZƏRTAC
Malinin şərqində silahlıların hücumu nəticəsində azı 11 hərbi qulluqçu həlak olub.
AZƏRTAC SABC radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Mali Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
Təhlükəsizlik qüvvələrinin nümayəndəsinin sözlərinə görə, silahlılar Qoa şəhəri rayonunda orduya məxsus patrula hücum edib. Döyüş zamanı 11 hərbçi həlak olub, 14 nəfər yaralanıb, 11 əsgər isə itkin düşüb. Atışma nəticəsində, həmçinin 7 silahlı da öldürülüb.
Hücumun baş verdiyi rayonda 2017-ci ildən bəri Əl-Qaidə ilə sıx əlaqəsi olan silahlı qruplaşmanın fəaliyyət göstərdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]