“Mançester Siti” klubu Kevin de Bruyne ilə yeni müqavilə imzalamaq niyyətindədir
Bakı, 8 mart, AZƏRTAC
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kevin de Bruyne ilə müqavilə müddətini artırmaq niyyətindədir.
AZƏRTAC “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, yeni müqavilə ilə belçikalı futbolçu ildə 21 milyon avro məvacib alacaq. Hazırda K.Bruyne ildə 19,7 milyon avro qazanır. Kevin de Bruynenin müqaviləsi 2025-ci ilin iyulunadək nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərə mətbuatında UEFA-nın klubu iki mövsümlük avrokuboklardan uzaqlaşdırma qərarından sonra əsas heyət üzvlərinin, o cümlədən Sterlinq və De Bruynenin komandadan ayrılacağı bildirilirdi.
Cari mövsüm İngiltərə Premyer Liqasında Kevin 35 görüşdə meydana çıxıb və 9 qolla yadda qalıb.
“Mançester Siti” 57 xalla ikinci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]