Manila beynəlxalq aeroportunda uçuşlar dayandırılıb
Tokio, 1 yanvar, AZƏRTAC
Yanvarın 1-də Manila beynəlxalq aeroportuna və bu hava limanından uçuşlar elektrik enerjisinin kəsilməsi ilə əlaqədar dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli vaxtla saat 14:00-da aeroportun tviter səhifəsində məlumat yerləşdirilib. Məlumatda Filippinin Mülki Aviasiya İdarəsinin aeronaviqasiya vasitələrində texniki problemlərin yarandığı əksini tapıb.
Aeroportun operatoru olan şirkətin bildirdiyinə görə, hava hərəkəti mərkəzində elektrik enerjisinin verilişinin kəsilməsi hava limanında rabitə əlaqəsinin də dayanmasına səbəb olub.
Hazırda müvafiq qurumlar problemin aradan qaldırılması istiqamətində çalışır. Artıq 16 reysin uçuşu ya təxirə salınıb, ya da geri qaytarılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]