Mariya Küri - dünyanı dəyişən qadın VİDEO
Stokholm, 13 may, AZƏRTAC
Nobel mükafatına layiq görülən ilk qadın. Tarixdə ikiqat Nobel laureatı və iki fərqli elm sahəsində mükafatın sahibi olan yeganə insan. Sorbonna Universitetinin ilk qadın müəllimi və bu ali təhsil ocağının birinci qadın professoru. Mötəbər Soloveyevsk konfranslarında iştirak etmiş ilk qadın. Bütün bu keyfiyyətlər məhz Mariya Sklodovskaya-Kürinin şəxsində cəmləşib.
Dünyanı dəyişən, polonium və radiumu kəşf edən qadının həyat tarixçəsi 1867-ci il noyabrın 7-də Varşavada, onun dünyaya göz açdığı Freta küçəsi 16-da başlayıb. Bu gün burada onun xatirəsi əbədiləşdirilib.
AZƏRTAC Varşavadakı Mariya Sklodovska-Küri Muzeyindən hazırlanan videoreportajı təqdim edir.
Ziyarət üçün qapalı saatlarda çəkiliş aparmağımıza icazə verdiyi üçün muzey rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk.
Çəkilişin sonunda muzeyin direktoru Barbara Qolenbyovska hədiyyə olaraq Mariya Sklodovska-Küri ilə Albert Eynşteyn arasında 1911-ci ildən 1932-ci ilə qədər olan dövrü əhatə edən və əvvəllər məlum olmayan, nəşr olunmamış yazışmalardan ibarət “Məktublar” kitabını AZƏRTAC-a təqdim etdi. Onların yazışmaları iyirmi ildən çox davam edən qeyri-adi dostluğun, intellektual yaxınlığın və qarşılıqlı hörmətin sübutudur.