Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə hazırdır
Moskva, 21 aprel, AZƏRTAC
RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 21-də keçirilmiş brifinqdə bildirib ki, RF XİN rəhbəri Sergey Lavrov aprelin 21-də Ermənistana səfəri zamanı Dağlıq Qarabağda vəziyyəti müzakirə edəcək.
M.Zaxarova deyib: “Rusiya tərəfi vəziyyətin gərginliyini azaltmaq üçün bütün səviyyələrdə maksimum səy göstərib. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında telefon söhbətləri olub. RF baş naziri Dmitri Medvedev Yerevana və Bakıya operativ səfərlər edib. Aprelin 7-də Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb”.
M.Zaxarova tərəfləri təmkin nümayiş etdirməyə çağırıb və əmin olduğunu bildirib ki, tərəflər danışıqlar prosesini bərpa etməli, hərbi xərclərin azaldılması işini fəallaşdırmalıdırlar.
Onun sözlərinə görə, Rusiya bu məsələdə tərəflərə kömək etməyə hazırdır.
Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi deyib: “Biz bu məqsədin reallaşmasında beynəlxalq vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər dövlətlərlə qarşılıqlı əlaqəli şəkildə tərəflərə hər cür kömək etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]