Mark Karni Endryunun taxt-tac varisliyi siyahısından çıxarılması ilə bağlı çağırış edib
London, 7 mart, AZƏRTAC
Kanadanın Baş naziri Mark Karni Böyük Britaniya kral ailəsinin üzvü Endryu Mountbatten Vindzorun taxt-tac varisliyi siyahısından çıxarılması ilə bağlı çağırış edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hazırda keçmiş York hersoqu titulundan məhrum edilən Endryu Mountbatten Vindzor qalmaqallara baxmayaraq, hələ də Böyük Britaniya taxtına varislik siyahısında səkkizinci yerdə qalır.
Endryu ötən ilin oktyabrında amerikalı maliyyəçi və pedofiliya qalmaqalında adı hallanan Ceffri Epşteyn ilə əlaqələrinə görə ictimai təzyiqlərdən sonra rəsmi titullarından məhrum edilmişdi. Keçən ay isə o, Epşteynə məxfi məlumatlar ötürməkdə ittiham olunaraq dövlət vəzifəsində qeyri-qanuni davranış şübhəsi ilə saxlanılmışdı.
Jurnalistlərə açıqlama verən Mark Karni bildirib ki, şahzadə Endryunun qəbuledilməz hərəkətləri onun taxt-tac varisliyi siyahısından çıxarılmasını zəruri edir.
“Onun varislik siyahısında aşağı mövqedə olmasına baxmayaraq, prinsip məsələsi olaraq bu addım atılmalıdır”, - deyə Baş nazir vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]