MARQARET TETÇER ÖLMƏMİŞDƏN ONU DƏFN EDİRLƏR
Bleyerin köməkçisi Con Makternan xanım Kuperə rəsmi məktub göndərərək bildirmişdir ki, hökumət sabiq baş nazirin dəfn mərasimini dövlətin hesabına təşkil etmək fikrində deyildir.
Bu xəbər “dəmir ledi”nin doğma Mühafizəkarlar Partiyasında böyük narazılıq doğurmuşdur. Müxalifətçilər hökumət başçısını bunda təqsirləndirmişlər ki, o, xanım Tetçer sağ-salamat olduğu halda, onun dəfninin təfərrüatını müzakirə etməklə “rüsvayçı siyasi qalmaqal” qaldırır.
Deyilənlərə görə, keçən il 80 yaşı tamam olan Tetçer çox düşmüşdür. Bir sıra mikroinsultlar keçirdikdən sonra halı pisləşmişdir.
Marqaret Hilda Tetçer baqqal ailəsində doğulsa da, 1992-ci ildə pensiyaya çıxdıqdan sonra ömürlük per titulu almış və baronessa Tetçer Kesteven olmuşdur.
Məlumdur ki, onun ölkə qarşısında saysız-hesabsız xidmətləri var. Mühafizəkarların keçmiş lideri Dunkan Smitin fikrincə, Tetçerin dövlət hesabına dəfn edilməsi üçün əsaslar çoxdur. O demişdir ki, Tetçer Britaniya iqtisadiyyatını tamamilə təzələmiş, Folklənd adaları uğrunda Argentina üzərində qələbə qazanmış və ölkənin beynəlxalq nüfuzunu yüksəklərə qaldırmışdır”.
Xatırladaq ki, indiyədək Böyük Britaniyada yalnız bir baş nazir – Uinston Çörçill dövlət hesabına dəfn edilmək şərəfinə layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]